İrlandiya Xarici İşlər Naziri, ölkənin İrandakı diplomatik varlığının bərpa ediləcəyini və İrlandiyanın Tehrandakı səfirliyinin 2023-cü ildə açılacağını açıqlayıb
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İrlandiya Xarici İşlər Naziri Simon Kauni, ölkənin İrandakı diplomatik missiyasını heyət səviyyəsində davam etdirəcəyini və Dublin-nin Tehrandakı səfirliyinin 2023-cü ildə yenidən açılacağını açıqlayıb.
Simon Kauni, "İrlandiyanın qlobal strategiyasının bir hissəsi olaraq, Dublin 2025-ci ilə qədər qlobal nüfuzunu iki qat artırmağı qərara alıb və hökumət İrlandiyanın İrandakı diplomatik varlığını bərpa etməyə qərar verib." deyə bildirib.
20 yanvar 2021-ci ildə İran İslam Respublikasının Xarici İşlər Naziri Məhəmməd Cavad Zəriflə virtual söhbətində Kauni İrlandiyanın Tehrandakı səfirliyini yenidən açma qərarını elan edib.
Bu söhbətdə İran İslam Respublikası və İrlandiya Xarici İşlər Nazirləri, iki ölkə arasındakı münasibətlər, Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə əlaqədar mövzular haqda fikir mübadiləsi aparılıb.
İrlandiya, maliyyə böhranı və sözdə dövlət xərclərinin azaldılması səbəbindən 2012-ci ildə Tehrandakı səfirliyini bağlamışdı.