İraqlı idmançılar Rumıniyada keçirilən tennis çempionatında iştirak etməkdən imtina edib.
Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, bu barədə İraq Tennis Federasiyasının prezidenti Məcid əl-Uqəyli məlumat verib.
Səbəb isə komandanın İsraili təmsil edən komanda ilə qarşılaşmaqdan imtina etməsidir.
O qeyd edib ki, vaxtından öncəki matçlar İraq yığması ilə İsrail komandasını qarşı-qarşıya gətirib.
İraqlı rəsminin sözlərinə görə, qarşılaşma yarışların ən əvvəlində baş tutmalı idi.
Xatırladaq ki, müsəlman idmançılar və komandalar bu addımı İsraili tanımadıqlarını bəyan etmək üçün atırlar.