İraqın XİN başçısı İrana səfər edib

İraqın XİN başçısı İrana səfər edib

İraq Xarici İşlər Naziri Fuad Hüseyn müştərək mövzuları müzakirə etmək üçün bu gün (çərşənbə) Tehrana daxil olub.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, o bu səfərdə  xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək.

Fuad Hüseyn Zəriflə görüşməkdən əlavə, ölkəmizin bir sıra digər yüksək vəzifəli şəxsləri ilə də danışıqlar aparacaq.

İraq Xarici İşlər Naziri, keçən ilin sentyabr ayında bir nümayəndə heyətə rəhbərlik edərək tehrana səfər edib, o vaxtkı İraq Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Baş nazirinin bölgədəki inkişaflarla əlaqədar şifahi mesajını İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə çatdırmışdır.

Xəbəri paylaş

VİDEOLAR