İraqın xarici işlər naziri Fuad Hüseyn İran rəsmiləri ilə görüşmək üçün Tehrana gəlib.
Az.rasthaber.com xəbər verir ki, İraq nazirini İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qarşılayıb.
İki nazir arasında keçiriləcək görüşdə ikitərəfli əlaqələrlə yanaşı, İran-İraq təhlükəsizlik sazişi və bəzi regional hadisələrin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, İraqın xarici işlər naziri Hüseyn ötən ilin iyulunda Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə görüşüb.