İraqın xarici işlər naziri sabah Tehrana səfər edəcək

İraqın xarici işlər naziri sabah Tehrana səfər edəcək

İraqın xarici işlər naziri Fuad Hüseyn İran rəsmiləri ilə görüşmək üçün sabah Tehrana səfər edəcək.

Az.rasthaber.com xəbər verir ki, Fuad Hüseyn Tehrandakı təmasları çərçivəsində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşəcək.

Bu görüşdə ikitərəfli münasibətlər, həmçinin İran-İraq təhlükəsizlik razılaşması və bəzi regional hadisələrin müzakirə ediləcəyi gözlənilir.

İraqın xarici işlər naziri Hüseyn ötən ilin iyulunda Bakıda keçirilən Qoşulmama Hərəkatının Nazirlər Toplantısı çərçivəsində İranın xarici işlər naziri Əmir Abdullahian ilə görüşüb.

Xəbəri paylaş

VİDEOLAR