İraqın xarici işlər naziri Fuad Hüseyn Ərəb Liqası Zirvə toplantısından sonra Tehrana gələcəyini açıqlayıb.
Az.rasthaber.com xəbər verir ki, İraqın Əl-Ərəbiyyə telekanalının məlumatına görə, İraqın xarici işlər naziri Fuad Hüseyn yaxın vaxtlarda İrana səfər edəcəyini açıqlayıb.
Fuad Hüseyn Ərəb Liqasının Sammitindən sonra Tehrana gələcəyini və İran rəsmiləri ilə görüşəcəyini bildirib.
Fuad Hüseyn Tehran və Vaşinqton arasında davam edən danışıqlara toxunaraq, İraqın bu danışıqlardan tam xəbərdar olduğunu və bu danışıqların uğursuzluğunun təhlükəli nəticələrə səbəb ola biləcəyini deyib.
İranla ticarət əlaqələrini azaltmaq üçün ABŞ-ın İraqa təzyiq etməsinə diqqət çəkən Hüseyn, “ABŞ İrandan neft və qaz almağın Tehrana maliyyə dəstəyi olduğunu vurğulayır və bu vəziyyətə son qoyulmalıdır” dedi.
Ərəb Liqasının sammiti şənbə günü Bağdadda keçiriləcək.