İraq mərkəzli Nuceba Hərəkatı Livanda Hizbullaha tam dəstək verəcəklərini açıqlayıb və sionist İsrailə müharibə elan edib.
Az.rasthaber.com xəbər verir ki, Hizbullaha hərtərəfli dəstək verəcəklərini açıqlayan Nuceba Hərəkatı tərəfindən edilən yazılı açıqlamada bildirib:
“Amerikanın şər övladı olan sionist düşmən (İsrail) hər gün öz çirkin üzünü açır.
Qəzzaya və Livana edilən hücumlara görə peşman olacaqsınız. Biz hazır olduğumuzu və ayaqda olduğumuzu bəyan edirik və Hizbullaha açıq və tam dəstəyimizi ifadə edirik".