İraqın keçmiş Baş naziri barəsində istintaq başladıldı

İraqın keçmiş Baş naziri barəsində istintaq başladıldı

İraqın baş prokuroru, keçmiş baş nazir Mustafa Əl-Kazimi haqqında Həşd əl-Şaabi hərəkatının sədr müavini Əbu Mehdi əl-Mühəndis və İran İnqilab Keşikçiləri Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ABŞ-ın təşkil etdiyi sui-qəsd nəticəsində şəhid olmasına səhlənkarlıq göstərdiyi üçün istintaqa başlayıb.

Az.rasthaber.com xəbər verir ki, İraq Hüquq Hərəkatının müavini Hüseyn Munis, Əbu Mehdi Mühəndis və Qasım Süleymaninin şəhid olduğu Beynəlxalq Bağdad Hava Limanının suverenliyinin pozulmasına göz yumduğu və o hadisədə səhlənkarlığı və təqsiri olduğunu əsas gətirərək, o zaman Milli Kəşfiyyat Xidmətinin rəhbəri olmuş Kazımi barəsində prokurorluğa şikayət edib.

Xatırladaq ki, 2020-ci il yanvarın 3-də ABŞ İran İnqilabı Keşikçiləri Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini və  Əbu Mehdi əl-Mühəndisi Bağdad hava limanında sui-qəsd edərək şəhid edib.

Xəbəri paylaş

VİDEOLAR