İraqın Baş naziri Türkiyə ilə yeni strateji layihələrdən danışıb

İraqın Baş naziri Türkiyə ilə yeni strateji layihələrdən danışıb

İraqın Baş naziri Məhəmməd əl-Sudani Türkiye ilə yeni strateji layihələrin yaxın zamanda həyata keçiriləcəyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İraqın Baş naziri Sudani Əl-Cəzirə televiziyasına müsahibəsində Türkiye ilə əlaqələrə toxunaraq deyib:

"Qonşu Türkiye ilə müxtəlif tərəfdaşlıqlarımız və maraqlarımız var. Su və təhlükəsizlik baxımından bəzi problemlər var, lakin bu problemlərin həlli üçün ciddi imkanlarımız da var. Biz Türkiyenin İraqın su payını təmin etmək səylərinə görə minnətdarıq".

Türkiye ilə iqtisadi əməkdaşlıq qurmaq istədiklərini ifadə edən İraq baş naziri "İkitərəfli əlaqələri gücləndirəcək yeni strateji layihələr yaxın zamanda reallaşaraq gün üzünə çıxacaq" deyib.

Sudani İraqın qonşu ölkələrə hücum meydanına çevrilməsinə icazə verməyəcəklərini və sərhədlərin təhlükəsizliyini təmin etmək üçün Türkiye və İranla birgə komissiyalar üzərində işlədiklərini də dilə gətirib.

Xəbəri paylaş

VİDEOLAR