İraqın baş naziri ilk rəsmi səfərini İrana edib

İraqın baş naziri ilk rəsmi səfərini İrana edib

İraqın Baş naziri Mustafa əl-Kazımi ilk xarici səfərini İrana edib.

Rasthaber Azərbaycan bildirir ki, Kazımi ilə İran prezidenti Həsən Ruhani arasında görüş baş tutub və müxtəlif mövzular müzakirə edilib.

Əl-Kazımi səfər çərçivəsində İranın Ali lideri Ayətullah Xamenei, birinci vitse-prezident İshaq Cahangiri, parlament spikeri Məhəmməd Baqir Qalibaf, Ali Təhlükəsizlik Şurasının Baş katibi Əli Şamxani və digərləri ilə görüşü nəzərdə tutulub.

İraq Baş naziri hökümət heyətilə - İraqın XİN başçısı Fuad Hüseyn, neft naziri İhsan Əbdülcabbar, elektroenergetika naziri Məcid Mehdi Əli, maliyyə naziri Əli Allavi, müdafiə naziri Cümə İnad, səhiyyə naziri Həsən Təmimi və milli təhlükəsizlik üzrə məsləhətçi Qasım Araci ilə qonşu ölkəyə rəsmi səfərə gəlib.

Xatırladaq ki, əl-Kazıminin ilk xarici səfəri ötən gün Səudiyyə Ərəbistanına olmalı idi, lakin kral Salmanın xəstəliyi səbəbi ilə səfər təxirə salınıb.

Xəbəri paylaş

VİDEOLAR