İşə qayıtmazdan öncə bütün əməkdaşlar yoxlanılacaq.
Rasthaber Azərbaycan İraq mediasına istinadən xəbər verir ki, ötən gün İraqın Türkiyədəki səfiri Həsən əl-Cənabi bildirib ki, Ankaradakı İraq missiyası 14 sentyabradək dayandırır.
O deyib ki, bu qərar koronavirusa yoluxmuş şəxsin səfirliyə gələrək birdən çox səfirlik əməkdaşı ilə ünsiyyətdə olması ilə bağlıdır.
İraqlı rəsmi qeyd edib ki, bu həftə səfirlik binası dezinfeksiya ediləcək və işə qayıtmazdan öncə bütün əməkdaşlar yoxlanılacaq.