İraqdan Sionist rejimə reaksiya

İraqdan Sionist rejimə reaksiya

İraqdakı həssas bölgələrə hücum etmək üçün bir bəhanə axtarışıdır

 Rasthaber Azərbaycan xəbər verir ki, İraq parlamentindəki “Bədr qrupu”nun sədri Həsən əl-Kabi İsrail Ordusunun Qərargah rəisi Aviv Kaxavinin İraqın suverenliyinin olmaması ilə bağlı açıqlamasına reaksiya verib. Əl-Nəhreyn saytı bu haqda yazıb.

Məlumata görə, Əl-Kabi bu məsələ ilə bağlı verdiyi açıqlamada “İraq, milləti, təhlükəsizlik gücləri, ordusu, Haşdi Şabi və polisi tərəfindən dəstəklənən suverenliyə sahib bir ölkədir. Sionist ordusunun qərargah rəisinin İraqın suverenliyi mövzusundakı sözləri yalnış və siyasi hədəfdir. Məqsədləri etirazlar yaratmaq və İraq torpaqlarına girmək üçün bəhanə axtarmaqdır.”, -deyə bildriib.

İraq parlamentindəki “Bədr qrupu”nun sədri sözlərinin davamında deyib ki, İsrail Ordusunun Qərargah rəisinin bu açıqlaması İraq və İran xalqı arasında bir fitnə çıxarmaq, İraqdakı həssas bölgələrə hücum etmək üçün bir bəhanə axtarışıdır.”

İsrail Ordusunun Qərargah rəisi Aviv Kaxavi açıqlamasında İraqın suveren ölkə olmadığını və İran İnqilab Keşikçilər Korpusunun burada silahlar göndərdiyini bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR