İraq Silahlı Qüvvələri baş komandanının sözçüsü cümə axşamı paytaxt Bağdadda İŞİD terror qruplaşmasının liderinin həbs olunduğunu elan edib
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, "Yəhya əl-Rəsul" İŞİD terror qruplaşmasının liderinin misilsiz bir əməliyyatla həbs olunduğunu açıqlayıb.
İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, bu terror qruplaşmasının bir sıra üzvləri hələ də ölkənin müxtəlif bölgələrindədirlər və səpələnmiş şəkildə terror aktları həyata keçirirlər.
2014-cü ildə İŞİD terror qruplaşması, ABŞ-ın və Səudiyyə Ərəbistanı da daxil olmaqla, onun Qərbi və ərəb müttəfiqlərinin maliyyə və hərbi dəstəyi ilə İraqı işğal edərək, ölkənin şimal və qərbində böyük hissələrini işğal etdi və saysız-hesabsız cinayətlər törətdi. İraq daha sonra İranı Bağdada terrorçularla mübarizədə kömək etməyə çağırıb.
17 Noyabr 2017-ci ildə İraq qüvvələri, İran İslam Respublikası müşavirinin köməyi ilə İraqın qərbində yerləşən Ənbar əyalətinin Rave şəhərində (İraqdakı son İŞİD bazası-nı) azad etməyə müvəffəq oldular. Bu şəhərin azad edilməsi ilə İŞİD-in İraqdakı işi praktik olaraq sona çatıb.