İraqda Ərbəin zəvvarlarına qarşı terror planlaşdıran növbəti terrorçular yaxalandılar

İraqda Ərbəin zəvvarlarına qarşı terror planlaşdıran növbəti terrorçular yaxalandılar

İraqın Milli Təhlükəsizlik Təşkilatı cümə günü İŞİD terrorçularının bu ölkənin şərqində yerləşən Diyalə vilayətində İmam Hüseynin (ə) Ərbəini zəvvarlarına qarşı terror planının qarşısını aldığını açıqlayıb.

Rasthaber Azərbaycan İrtan mediasına istinadən məlumatına əsasən, İraqın Milli Təhlükəsizlik Təşkilatı bir bəyanat yayaraq, İŞİD terrorçularının Ərbəin zəvvarlarına qarşı terror planlaşdırmasının qarşısını aldığını açıqlayıb.

Məlumata görə, bu ölkənin təhlükəsizlik qüvvələri Diyalə vilayətinin cənubunda İŞİD terror qruplaşmasının sığınacağına hücum edərək, terrorçuların Ərbəin zəvvarlarını hədəfə almaq üçün nəzərdə tutduqları 4 partlayıcı kəmər, 4 bomba və bir neçə qumbara atanı aşkarlayaraq, zərərsizləşdiriblər. 

1443-cü hicri qəməri ili səfər ayının 20-i, 2021-ci il sentyabrın 27-i, şiələrin üçüncü imamı İmam Hüseynin (ə) və vəfalı silahdaşlarının Kərbəla çölündə şəhid olmasının 40-cı günüdür. Bütün dünyadan və İraqdan milyonlarla zəvvar bu gündə ərbəin mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə daxil olur. 

Xəbəri paylaş

VİDEOLAR