İraqda Ramazan ayı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

İraqda Ramazan ayı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

İraqlı general Ramazan ayı üçün xüsusi bir təhlükəsizlik planının başladığını açıqlayıb.

Rasthaber aastnews-a istinadən verdiyi xəbərə görə, İraq Birgə Əməliyyat Komandanlığının sözçüsü ölkədə Ramazan ayı üçün xüsusi bir təhlükəsizlik planının başladığını açıqlayıb.  

Tahsin Həfaci bildirib ki, Ramazan ayı üçün xüsusi təhlükəsizlik planı İŞİD terror təşkilatının qalıqlarına qarşı qabaqlayıcı əməliyyatları əhatə edir:  

"Müqəddəs Ramazan ayında İraq qüvvələrinin xüsusi əməliyyatının bir hissəsi Hamrin dağlarında həyata keçirilir. Plana Ənbar, Diyala və Kərkük də daxildir. Müqəddəs Ramazan ayı üçün xüsusi bir təhlükəsizlik planı hazırlamağın səbəbi, kəşfiyyat xidmətlərinin təkfirçi qalıqlarının bəzi hərəkətlərini artıq aşkar etmələri idi. Təkfirçilər Ramazan ayında İraqın bəzi bölgələrində bəzi terror əməliyyatları həyata keçirmək istəyirlər. İraq Hərbi Hava Qüvvələri xüsusi təhlükəsizlik planında mühüm rol oynayacaq və təkfirçi mövqelərə qarşı quru əməliyyatlarını əhatə edəcək".

Xəbəri paylaş

VİDEOLAR