İraqda dünəndən etibarən başlayan qum fırtınası səbəbindən 5 nəfər həyatını itirib, yüzlərlə insan nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib.
Az.rasthaber.com "MEHR"ə istinadən xəbər verir ki, İraqın Səlahəddin əyalətinin Tuzhurmatu rayonunda qum fırtınası nəticəsində 5 nəfər həyatını itirərkən, yüzlərlə adam nəfəs darlığı səbəbindən xəstəxanaya yerləşdirilib.
Ölkənin paytaxtı Ərbildə 222, Süleymaniyyədə 45 nəfər xəstəxanaya yerləşdirilərkən, İraq Kürd Regional Rəhbərliyi (İKRG) Səhiyyə Nazirliyi vətəndaşları evdə qalmağa çağırıb.