İraqda kütləvi zəhərlənmə baş verdi

İraqda kütləvi zəhərlənmə baş verdi

İraqın şərqindəki Maysan əyalətində 400-ə yaxın adam qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Az.rasthaber.com "Report"-a istinadən xəbər verir ki, bu barədə səhiyyə departamentindən məlumat bildirilib.

Hazırda zəhərlənən 396 nəfərdən 17-si reanimasiya şöbəsindədir, vəziyyətləri ağırdır, bir nəfərsə dünyasını dəyişib.

Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Hazırda restoranın sahibi və digər 6 şübhəli şəxs faktla bağlı saxlanılıb.

Digər bir mənbəyə görə isə, zəhərlənməyə səbəb qida yox, sudakı infeksiya olmuş ola bilər.

Xəbəri paylaş

VİDEOLAR