İraqda Həşd əş-Şaabi qüvvələri ölkənin şərqindəki Diyala vilayətində İŞİD terrorçularının hücum cəhdinin qarşısını alıb.
Az.rasthaber.com xəbər verir ki, İraq mətbuatının məlumatına görə, Həşd əş-Şaabi qüvvələri dünən ölkənin şərqindəki Diyala vilayətində İŞİD terrorçularının hücum cəhdinin qarşısını alıb.
Əməliyyatda Həşd Şaabi komandirlərindən birinin evini hədəf almağa çalışan terrorçuların hücum planı darmadağın edilib.
Qeyd edək ki, 2014-cü ildə İŞİD İraqın bütün Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyalə və Kərkük vilayətlərinin bir hissəsini ələ keçirib və bu bölgələr illər ərzində təşkilatdan geri alınıb.