İraqda İŞİD-ə qarşı əməliyyat: 22 terrrorçu zərərsizləşdirildi

İraqda İŞİD-ə qarşı əməliyyat: 22 terrrorçu zərərsizləşdirildi

İraqda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyatda 22 təşkilat üzvü zərərsizləşdirilib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın rəsmi agentliyi olan İNA-nın məlumatına görə, İraqın Terrorla Mübarizə Birliyinin rəhbəri general-leytenant Əbdülvehhab əs-Saidi Birgə Əməliyyatlar Komandanının müavini Kays əl-Məhəmmədavi ilə əməliyyatla bağlı mətbuat konfransı keçirib.

Mətbuat konfransında açıqlama verən Səidi Ənbarda keçirdikləri əməliyyatda aralarında Fəllucədən məsul olduğu iddia edilən 22 İŞİD üzvünün öldürüldüyünü bildirib.

Səidi əməliyyatın davam etdiyini də qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR