Əməliyyat Kərkük və Neynəva əyalətlərində həyata keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, İraqın Kərkük və Neynəva əyalətlərində 4 İŞİD terrorçusu həbs edilib.
İraq təhlükəsizlik qüvvələrindəki mənbənin məlumatına görə, əməliyyat dəqiq kəşfiyyat məlumatı əsasında keçirilib.
Axtarışda olan həmin şəxslər terrorçuluqla mübarizə çərçivəsində tutulublar.
Həbs edilən terrorçular araşdırmanın başa çatdırılması üçün müvafiq orqanlara təhvil veriliblər.