Bu barədə İraq SQ komandanının rəsmisi Yəhya Rəsul məlumat verib.
Az.rasthaber.com “Al Sumaria”-ya istinadən xəbər verir ki, İraq Silahlı Qüvvələri (SQ) ölkənin qərbində yerləşən Ənbar əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
Əməliyyatlar Ramadi və əl-Fəllucə şəhərlərində keçirilib. Nəticədə 6 terrorçu məhv edilib.
Həmçinin Bağdad əyalətinin Əbu-Qureyb rayonunda 1 terrorçu da ələ keçirilib.
Bundan başqa, Səlahəddin əyalətində İŞİD terrorçularınn qalıqlarının mövqelərinə Hərbi Hava Qüvvələri tərəfindən zərbələr endirilib, 5 terrorçu məhv edilib.