İraqda İŞİD-in hücumu nəticəsində 8 nəfər ölüb

İraqda İŞİD-in hücumu nəticəsində 8 nəfər ölüb

İraqın Diyala vilayətində İŞİD terror təşkilatının açdığı atəş nəticəsində 8 dinc sakin ölüb, 4 nəfər yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, İŞİD terrorçuları İraqın Diyala bölgəsinin Halis rayonunun əl-Bubali kəndinə hücum edib.

8 nəfərin həyatını itirdiyi, 4 nəfərin yaralandığı hücumdan sonra bölgədə genişmiqyaslı əməliyyat başladılıb.

Xatırladaq ki, bazar günü İŞİD terrorçuları Kərkükün Riyad məhəlləsi yaxınlığında təhlükəsizlik qüvvələrinə bombalı hücum həyata keçirib və 9 polis şəhid olub.

Son zamanlar Diyala, Kərkük və Tuzhurmatu bölgələrində hücumlarını artıran İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir.

Xəbəri paylaş

VİDEOLAR