14.06.2021 11:41:24
İraqda kütləvi məzarlıq tapılıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Şəhid Yaxınları Qurumu rəsmisi Ziya Kərim, mediaya verdiyi açıqlamaya görə, Mosul vilayətinin qərbində iki kütləvi məzarlıq tapılıb.
Məzarlıqlar Badoş Həbsxanası yaxınlığında aşkarlanıb.
Kütləvi məzarlıqlarda 500-ə yaxın cəsədin tapıldığını bildirən Kərim, qurbanların 2014-cü ildə Mosulu ələ keçirən İŞİD tərəfindən qətlə yetirilməsi təsbit edilib.
Beynəlxalq qurumların yardımı ilə 123 cəsədin çıxarıldığını deyən Ziya Kərim, oxşar məzarların Telafer və Sincar yaxınlığında da olduğunu önə çəkib.
Mosul valisi Nəcim əl-Cubburi, Mosul ətrafında çox sayda kütləvi məzarlığın olduğunu və bunların aşkarlanması üçün BMT və İraq hökümətinin müdaxilə etməsini istəyib.