İraqda hərbi bazaya hücum, yaralananlar var

İraqda hərbi bazaya hücum, yaralananlar var

İraqın Səlahəddin vilayətindəki Beled hərbi hava bazasına raket hücumu nəticəsində iki nəfər yaralanıb.

İraq rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Beled hərbi hava bazasının içərisinə 2 raket düşüb.

Hücum nəticəsində 2 nəfər yaralanıb.

Xəbərdə hücumda yaralananların mülki və ya əsgər olduğu barədə məlumat verilməyib.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərlik etdiyi koalisiya qüvvələri Beled hərbi hava bazasını İraq ordusuna təhvil vermişdi.

Hava bazasında ABŞ-ın "Sallyport Global" təhlükəsizlik şirkətinin işçilərinin olduğu bilinir.

Xəbəri paylaş

VİDEOLAR