İraqda çox sayda terrorçu mənv edildi

İraqda çox sayda terrorçu mənv edildi

İraqda təhlükəsizlik qüvvələri ilə terror ittihamı ilə axtarışda olan şəxslər arasında qarşıdurma olub.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, İraq ordusunun Babil Əməliyyat Komandanlığından verilən açıqlamaya görə, Babildə bir evdə terror ittihamı ilə axtarışda olan 2 nəfərə qarşı əməliyyat zamanı qarşıdurma yaranıb. 

Həmin vaxt evdə olan şəxslər təhlükəsizlik qüvvələrinə atəş açıblar.

Təhlükəsizlik qüvvələri cavab verib, qarşıdurmada ümumilikdə 20 terrorçu məhv edilib.

Açıqlamada təhlükəsizlik qüvvələrindən həyatını itirənlərin və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

Xəbəri paylaş

VİDEOLAR