Bu barədə İraq paytaxtının güc strukturlarındakı mənbəsindən məlumat verilib.
Rasthaber Azərbaycan “Al Sumaria”-ya istinadən xəbər verir ki, Bağdadın “Yaşıl zonası” raket atəşinə tutulub.
Bu barədə İraq paytaxtının güc strukturlarındakı mənbəsindən məlumat verilib.
Qeyd edilir ki, dövlət binaları və xarici diplomatik missiyaların, o cümlədən də ABŞ səfirliyinin yerləşdiyi rayona azı 2 reaktiv mərmi atılıb.
Hücumun dəf edilməsi üçün bir neçə ay öncə ABŞ səfirliyinin mühafizəsi üçün quraşdırılmış raketdən müdafiə sistemləri işə düşüb.
Raket düşdüyü yer və dəyən ziyanın miqyası barədə hələ məlumat verilməyib.