İraqda ABŞ-ın Viktoriya hərbi bazasına hücum həyata keçirilib
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ-ın Bağdad yaxınlığındakı "Viktoriya" hərbi bazasına hücum həyata keçirilib.
Mənbələrin bildirdiyinə görə, hərbi bazanın içində həyəcan siqnalı verilib.
Qeyd olunur ki, hərbi bazanın içinə daxil olan PUA vurulub.
ABŞ-ın İraqdakı hərbi varlığı hücumda mümkün dağıntı və ölənlər haqqında məlumat verməyib.
Bu hücum ABŞ-ın Səlahəddin bölgəsindəki hərbi bazasına hücumdan sonra həyata keçirilib.
Qeyd edək ki, bir müddət əvvəl İraq Müqaviməti birlikdə bəyanat yayaraq ABŞ ordusunun ölkələrindən çıxmasını tələb etmiş, əks təqdirdə hücumlara start verəcəklərini açıqlamışdılar.