İraqda ABŞ-ın altıncı hərbi karvanına hücum olub

İraqda ABŞ-ın altıncı hərbi karvanına hücum olub

İraq mənbələri ABŞ hərbçilərinin altıncı hərbi təchizat karvanının bu ölkənin qərbində hədəfə alındığını bildiriblər.

Rasthaber Azərbaycan "Sahar" telekanalına istinadən xəbər verir ki,  "Saberin" xəbər kanalı cümə günü  İraqın mərkəzində yerləşən Səlahəddin vilayətində ABŞ hərbçilərinə məxsus bir logistika karvanının hücuma məruz qalması və xəsarət almasını yayıb.

İraq mediaları bu ölkənin müxtəlif vilayətlərində ABŞ-ın hərbi karvanlarına 5 hücumun həyata keçirilməsindən xəbər veriblər ki, bu da misli görünməmiş bir hadisədir.

Son aylarda ABŞ-ın İraqdakı hərbi bazaları və karvanları dəfələrlə hədəfə alınıb. 

İraq xalqı və bu ölkə qruplarının çoxu ABŞ-ın terrorçu qüvvələrinin İraqdan çıxarılmasını istəyir, İraq parlamenti də bu qüvvələrin İraqdan çıxarılması üzrə qərar qəbul edib.

Xəbəri paylaş

VİDEOLAR