İraqda ABŞ hərbi müşavirlərinin olduğu bazaya raketlər atılıb

İraqda ABŞ hərbi müşavirlərinin olduğu bazaya raketlər atılıb

Ötən axşam İraqın “əl-Bələd” hərbi bazası ərazisinə azı dörd ədəd raket atılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə hərbi mənbələr məlumat veriblər.

Bildirilib ki, ABŞ və digər xarici hərbi müşavirlərinin olduğu “əl-Bələd” bazasının ərazisinə dörd ədəd raket düşüb. Bu hücumda xəsarət alan və ölən olmasa da maddi ziyanlar qeydə alınıb.

Hücumun Diyala əyalətinin əl-Xalis rayonu ərazisindən həyata keçirildiyi deyilir.

Bu hücumu heç bir tərəf öhdəsinə götürməyib.

Adıçəkilən baza sonuncu dəfə cari ilin yanvarında raketlərlə hədəfə alınmışdı.

Son iki ildə İraqda ABŞ və digər xarici qüvvələrin olduğu hərbi qərargahlar və bura lojistik yük aparan maşın karvanları intensiv şəkildə hücuma məruz qalırlar.

Xəbəri paylaş

VİDEOLAR