İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü, İraq təhlükəsizlik qüvvələrinin Kərkükdə 8 İŞİD terrorçusunun məhv edildiyini açıqlayıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Silahlı Qüvvələri Baş Komandanlığının sözçüsü Yahya Rəsul, cümə günü İraq ordusunun Kərkükün cənub-qərbində genişmiqyaslı əməliyyata başladığını və İŞİD-ə bağlı 8 təkfirçi terrorçunun məhv edildiyini açıqlayıb.
İraq Milli Təhlükəsizlik Agentliyinin verdiyi açıqlamada, İraq hərbi qüvvələrinin bir neçə gün davam edən əməliyyat zamanı Səlahəddin, Nineva və Dəclədəki İŞİD-ə bağlı 25 İŞİD terrorçusunun terakta hazırlaşdığı zaman həbs olunduğu bildirilib.
Bəsrə əyalətindəki İraq ordusunun komandanı Əli Əbdülhüseyn əl-Məcidi də axtarışda olan 19 nəfərin həbs edildiyini və silah, hərbi texnika və narkotik maddələrin ələ keçirildiyini açıqlayıb.