İraqçı: Sanksiyalar və nüvə mövzusunda iki işçi qrupu yaradılıb

İraqçı: Sanksiyalar və nüvə mövzusunda iki işçi qrupu yaradılıb

İran Xarici İşlər Nazirinin müavinni (ƏMTP)-na qayıtması üçün sanksiyalar və nüvə mövzusu ilə bağlı iki işçi qrupu yaradıldığını elan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Seyyid Abbas İraqçi çərşənbə axşamı bu haqda danışıb.

"Sanksiya işçi qrupu, sanksiyaların ləğvi mövzusunda ABŞ-ın görməli olduğu tədbirləri təyin etməli və nüvə işçi qrupu, Əhatəli Müştərək Təşəbbüs Proqramının qaytarılması üçün İranın görməli olduğu tədbirləri təyin etməlidir.", -deyə o bildirib.

İraqçi "Bu işçi qrupları işlərini cümə gününə qədər davam etdirməlidirlər, irəliləyiş əldə edilərsə iş davam edəcək.", - əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR