İraq və Türkiyə arasında diplomatik qalmaqal

İraq və Türkiyə arasında diplomatik qalmaqal

Qeyd edək ki, türkiyəli nazirin İraq səfəri 13 avqustda baş tutmalı idi.

Rasthaber Azərbaycan sumariya-ya istinadən xəbər verir ki, İraq hökuməti iraqlı hərbçilərin ölümü ilə nəticələnmiş Türkiyə PUA-larının hücumundan sonra Türkiyə müdafiə naziri Hülusi Akarın İraqa səfərini ləğv etmək qərarını verib.

Qeyd edək ki, türkiyəli nazirin İraq səfəri 13 avqustda baş tutmalı idi.

“(İraq) Xarici İşlər Nazirliyi Türkiyə səfirini çağırıb hücumla bağlı ona etiraz notasını təqdim edəcək”, – deyə İran XİN-dən bildirilib.

Əgər Türkiyə İraqın müstəqilliyinin ünvanına pozuntuların dayandırılması tələbinə əhəmiyyət verməməyə davam edərsə, İraq Türkiyəni ölkələrin müxtəlif sahələrdəki əməkdaşlıq şərtlərinin yenidən gözdən keçirilməsi ilə hədələyib.

Xatırladq ki, İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti Türkiyə PUA-sının Ərbil əyalətinin rayonlarından birinə zərbə endirməsi barədə məlumat yayıb.

Xəbəri paylaş

VİDEOLAR