İraq və Pakistan iqtisadi həmkarlığı müzakirə etdi

İraq və Pakistan iqtisadi həmkarlığı müzakirə etdi

İraqın ticarət naziri Əlaa əl-Cuburi Pakistanın səfiri Əhməd Əlini qəbul edib.

Az.rasthaber.com “Iraqi News Agency”-ə istinadən xəbər verir ki, onlar iki ölkə arasındakı iqtisadi əməkdaşlığın möhkəmlədilməsini müzakirə ediblər.

Həmçinin özəl sektorla iş üçün yeni mexanizmlərin axtarışı və real həmkarlıq əlaqələrinin bərqərar edilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

İraqlı nazir qeyd edib ki, ölkəsi bütün ölkələrlə iqtisadi münasibətləri aktivləşdirmək və bu sahədəki iqtisadi təcrübədən mənfəət əldə etmək istəyir.

Həmçinin digər məsələlər də müzakirə edilib.

Xəbəri paylaş

VİDEOLAR