İraqın xarici işlər naziri Fuad Hüseyn Vaşinqton səfəri çərçivəsində ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli ilə görüşüb.
Az.rasthaber.com xəbər verir ki, Ərəb mediasının məlumatına görə, Vaşinqtona gedən İraq danışıqlar qrupunun rəhbəri, xarici işlər naziri Fuad Hüseyn ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli ilə görüşüb, İranın nüvə sazişi üzrə danışıqların son vəziyyətini müzakirə edib.
Xatırladaq ki, İran və beynəlxalq güclər arasında 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (COEP) kimi tanınan nüvə sazişini canlandırmaq üçün Vyanada danışıqlar dayandırılıb.
Keçmiş prezident Donald Trampın dövründə 2018-ci ildə sazişdən çıxan ABŞ Vyana danışıqlarında dolayısı ilə iştirak edib. Co Bayden isə ölkəsini müqaviləyə qaytarmaq istədiyini iddia edir.
Razılaşma İranın nüvə proqramının səviyyəsinin aşağı salınması müqabilində ona qarşı iqtisadi sanksiyaların yumşaldılması ideyası ilə imzalanıb. İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin hələ də müqaviləyə daxildir.