İraq: Terror aktlarını İŞİD üzərinə götürdü, "terrorçu vali" yaxalandı

İraq: Terror aktlarını İŞİD üzərinə götürdü,

Dünən İraqın fərqli ərazilərində törədilən partlayışları İŞİD öz üzərinə götürüb

Rasthaber Azərbaycan xəbər verir ki, dünən İraqda törədilən terror aktlarını İŞİD öz üzərinə götürüb, İŞİD-in Fəllucə valisi və 22 nəfər həbs olunub.

İŞİD bu partlayışları üzərinə götürdü:

Xanəgin və Cəlavla arasında baş verib. Nəticədə 1 iraqlı hərbçi həyatını itirib, 3-ü isə yaralanıb.

  • Eyni vaxtda oxşar partlayış Əmirlini Ozem və Həmrin rayonları ilə birləşdirən yolda baş verib. İraq təhlükəsizlik xidmətinin 2 əməkdaşı dünyasını dəyişib.
  • Əmirli polis rəisinin məlumatına görə, təhlükəsizlik əməkdaşları İŞİD terrorçularının qalıqlarının axtarışı əməliyyatı zamanı həyatlarını itiriblər.
  • Həmçinin həmin axşam Tuz-Xurmatuda mina partlaması nəticəsində 15 yaşlı çoban da həyatını itirib. Terror aktlarını İŞİD xəvaric terrorçuları öz üzərinə götürüb.

Fəllucədə keçirilən əməliyyatlar zamanı 22 İŞİD terrorçusu yaxalanıb.

İraq Kürdüstan güc strukturları həbs olunanlar arasında Fəllucədə İŞİD valisi olan Abu Əli Əl Cəmilinin olduğunu da açıqlayıblar.

Xəbəri paylaş

VİDEOLAR