İraqın Stokholmdakı səfirliyinin binası qarşısında Quran nüsxəsini yandırmaq üçün müraciət edən şəxsə icazə verilməyib.
Az.rasthaber.com xəbər verir ki, Stokholm Polis Departamentinin bəyanatında deyilir: "Quran yandırma hadisələri artıb və yəqin ki, gələcəkdə də artacaq. İsveçin maraqları ilə bağlı dəyişikliklərin qiymətləndirilməsi nəticəsində bu işə icazənin verilməməsinə qərar verilib".
İsveç polisi İraqın Stokholmdakı səfirliyinin binası qarşısında Qurani-Kərimin yandırılmasını tələb edən şəxsin kimliyi ilə bağlı heç bir məlumat yaymayıb.
Xatırladaq ki, Danimarkanın ifratçı sağçı partiyasının lideri Rasmus Paludan bu yaxınlarda Türkiyənin İsveç və Danimarkadakı səfirliyi qarşısında və Danimarkanın paytaxtı “Kopenhagen” şəhərindəki məscidin qarşısında Quran nüsxəsini yandırmağa cəhd edib. Paludan bu hərəkəti ciddi təhlükəsizlik tədbirləri altında və bu ölkənin çoxlu sayda polis qüvvələrinin iştirakı ilə edib.