İraq prezidenti: Süleymani kritik anlarda köməyimizə gəldi

İraq prezidenti: Süleymani kritik anlarda köməyimizə gəldi

İraq prezidenti general Qasim Süleymaninin İŞİD-lə mübarizə sahəsində ölkə qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, Bərham Saleh çərşənbə günü Bağdadda keçirilən anım mərasimində bildirib ki, Qasim Süleymani İŞİD-lə mübarizə üçün çətin və kritik anlarda İraq xaıqının köməyinə gəldi.

İraq prezidenti öz çıxışının davamında qeyd edib: "Qələbə komandirlərinin şəhadətinin ildönümündə İŞİD üzərində qələbəni və bu terror qruplaşmasının İraqda məğlubiyyətini bir daha xatırlayırıq. İranlı komandan şəhid Qasim Süleymani İŞİD-lə mübarizədə bizim silahlı qüvvələrimiz və vətəndaşlarımızla birgə terrora qarşı döyüşdü, vətənimizi təhlükəli terror hücumlarının qarşısında xilas etmək üçün şərik oldu".

Xəbəri paylaş

VİDEOLAR