14.06.2021 14:00:04
İraq Prezidenti Bərhəm Salih bu barədə yazıb
Rasthaber Azərbaycan xəbər verir ki, İraq Prezidenti Bərhəm Salih ölkənin ən böyük dini mərcəsi Ayətullah Sistaninin cihadla bağlı verdiyi fətvanın yayınlanmasının ildönümü münasibətilə atdığı tviitdə, bu zəfərin 3 şərtin yerinə yetirilməsi halında tamamlanacağını yazıb.
Prezident "Ayətullah Sistaninin açıqladığı Cihad fətvasının yayınlanmasının ildönümü ilə qürur duyuruq, çətin mübarizə anında bu çağrıya cavab verənlərin xatirəsini yaşadacağıq. İŞİD-in xain terrorunu ordu, Haşdi Şabi və Peşmərgə həmrəy müqavimətilə məğlub etdik. Bu zəfər ancaq güclü bir dövlət qurmaq, hüququn üstünlüyünü gücləndirmək və ədalətli və müdrik bir hökümət olmaqla 3 şərtlə tamamlanır.", -deyə bildirib.
Qeyd edək ki, 13 iyunda İŞİD təhlükəsilə mübarizə üçün Ayətullah Sistani fətva vermiş, bu cihad çağırışı ilə "Haşdi Şabi" qurulmaqla terrorçuların məğlubiyyəti başlamışdı.
Haşdi Şabilə bağlı VİDEO