İraq Prezidenti Bərham Saleh oktyabrın 10-da keçirilən ümumi seçkilərdən sonra ölkədə yeni siyasi və ictimai dövrün başladığını bəyan edib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Saleh İraqın qurulmasının 100 illiyi münasibəti ilə məqalə yazıb.
Dövlət qəzetlərindən biri olan "Es-Sabah"da dərc olunan məqaləsində Saleh İraqın 1921-2021-ci illərdə tarixi dönüşlər keçdiyinə diqqət çəkərək, İraqda yaxşı bir hökumətin qurulmasının ancaq xalqın siyasi rejimə etimad edərək dövlətin əleyhinə olunmasına və dövlətin zəifləməsinə son qoyulması ilə mümkün olacağını vurğulayıb.
B.Saleh İraqda xalq hərəkatları və köklü islahatlara dair milli konsensusa cavab olaraq növbədənkənar seçkilərin keçirildiyini və seçkilərin hüquqi prosedurların tamamlanması və yeni hökumətin qurulması mərhələsinə keçilməsinin gözlənildiyini qeyd edib.
İraq prezidenti “qüdrətli hökumətin” qurulmasının zəruriliyinə işarə edərək deyib:
“İctimai sülhü və yaxşı idarəçiliyi təmin edəcək yeni siyasi və sosial dövr başlayıb və biz bunun zəruri olduğu qənaətindəyik”.
Korrupsiyanın İraqda yaxşı idarəçiliyin qarşısındakı maneələrdən biri olduğuna diqqət çəkən Saleh dövlət qurumları və dinc vətəndaşların korrupsiyaya qarşı ortaq və qətiyyətli mövqe tutmasının lazım olduğunu və bunun milli bir mübarizə olduğunu qeyd edib.