Sünnilərin "Əl-Təqəddəm" siyahısına rəhbərlik edən Məhəmməd Əl-Həlbusi parlamentdə iştirak edən 228 deputatdan 200 nəfərinin səsini qazanaraq, ikinci müddət üçün İraq parlamentinin sədri seçilib.
Rasthaber Azərbaycan İRİB-ə istinadən məlumatına əsasən, İraqın yeni parlamenti rəsmən fəaliyyətə başlayıb və Məhəmməd əl-Həlbusi ikinci dəfə olaraq, spiker seçilib. Bu vəzifə siyasi razılaşmalara görə sünnilərə məxsusdur və iclasda iştirak edən ümumilikdə 228 deputatdan lehinə 200 səslə, iki sünni siyasi cərəyanını təmsil edən Əl-Həlbusi rəqibi Mahmud Əl-Məşhədanini üstələyərək qələbə qazanıb.
İraqda baş nazirlik postu isə ancaq şiə partiya və ya fraksiyalardan seçilə bilər. Hələ ki, baş nazir postu boş qalır.
Ölkədə prezidentlik də kürdlərə məxsusdur. İki partiya yəni "Kürdüstan Vətən İttifaqı" partiyası və "Kürdüstan Demokratik" partiyası vu vəzifə uğrunda rəqabət aparırlar.
Son seçkilərdə Sədr hərəkatı 73 mandatla birinci olub. Sünnilərin Təqəddəm partiyası, Nuri əl-Malikinin rəhbərlik etdiyi "Dövlətul-Qanun" siyasi cinahı və "Kürdüstan Demokratik" partiyası növbəti yerlərdə qərarlaşıblar.