İraqın yeni Parlamenti ötən il keçirilən seçkilərdən sonra ilk iclasını keçirib. İlk iclasda parlament sədri və onun müavinləri müəyyənləşib.
Az.rasthaber.com "SalamNews"-ə istinadən xəbər verir ki, İraqın yeni Parlamenti ötən gün keçirdiyi iclasda Məhəmməd əl-Halbusini parlament sədri seçib. 329 kürsüyə malik olan parlamentin iclasda hazır olan 228 deputatından 200-ü əl-Halbusinin spiker olmasına səs veriblər.
Qeyd edək ki,Məhəmməd əl-Halbusi 1981-ci ildə əl-Ənbar əyalətində anadan olub və hazırda İraq Parlamentinin “Təqəddum” (inkişaf) siyasi fraksiyasının rəhbəridir.
Əl-Halbusi ikinci dəfədir ki, ardıcıl olaraq ölkə parlamentinin sədri seçilir. Əl-Halbusinin yenidən spiker seçilməsinə əhəmiyyətli dərəcədə dəstək verən Müqtəda Sədrin partiyasının əksinə olaraq digər şiə siyasi cinahları yeni seçimə mühfizaəkarlıqla yanaşaraq, müvafiq məhkəmələrə müraciət edəcəklərini bildiriblər.
İraq Parlamenti ötən gün keçirilən ilk iclasında, qarşıda gələn iki həftə ərzində ölkə prezidentinin kimliyinin müəyyənləşməsini müzakirə edəcəyini və səsə qoyacağını bildirib.