İraq Parlamentinin sədri istefa verib

İraq Parlamentinin sədri istefa verib

İraq Parlamentinin sədri Məhəmməd əl-Həlbusi istefa verib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İraqda siyasi böhran fonunda Parlamentin sədri Məhəmməd əl-Həlbusi də istefasını təqdim edib.

O, ölkə parlamentindən istefasına baxmağı istəyib.

Qeyd edək ki, İraqda ötən ilin parlament seçkilərinin nəticələrinə əsasən öndə gedən Sədr cinahı hökuməti formalaşdıra bilmədikdən sonra digər siyasi cinahlar bu işi görüb və yeni baş nazirin adını açıqlayıblar. Rəqiblərinin addımını qəbul etməyən Sədr cinahının tərəfdarları Parlamenti ələ keçirərək, yenidən növbədənkənar seçkilərin keçirilməsini istəyiblər. Ölkə məhkəməsi Sədr cinahının tələbinə mənfi rəy verdikdən sonra ölkədə siyasi qarşıdurma və böhran dərinləşib. Ekspertlərin fikrinə görə Parlamentin sədrinin belə bir zamanda istefası, növbədənkənar seçkilərin olacağı ehtimalını artırır.

Xəbəri paylaş

VİDEOLAR