İŞİD terrorçularının komandiri Vəhəb İbrahim 3 digər terrorçu ilə birlikdə məhv edilib.
Rasthaber Azərbaycan sumariya-ya istinadən xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri Səlahəddin əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirib.
İraq polisinin rəsmisi polkovnik Məhəmməd Xəlil əl-Bazi elan edib ki, ötən gün axşam əl-Fərxatiyyə rayonunda İraq qüvvələri ilə İŞİD terrorçuları arasında şiddətli toqquşma baş verib.
İŞİD terrorçularının komandiri Vəhəb İbrahim 3 digər terrorçu ilə birlikdə məhv edilib.
Qeyd edək ki, İŞİD terror təşkilatının bir neçə il öncə məhv edilməsinə baxmayaraq, terror yuvaları zaman-zaman aktivləşərək terror əməliyatları keçirir.