İraq İslami Müqaviməti sionist rejimin Qəzzə xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq işğal altındakı Fələstinin cənubunda yerləşən Eylatdakı mühüm hədəfi pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə aldığını elan edib.
Az.rasthaber.com xəbər verir ki, ötən həftə və aylarda dəfələrlə Eylatda həssas və mühüm hədəfləri hədəfə alan İraq müqaviməti xəbərdarlıq edib ki, sionist rejim Qəzzə zolağında hücumlarını davam etdirsə, bu rejim işğal olunmuş bölgələrdəki mövqelərinə qarşı əməliyyatlarını daha da gücləndirəcək.