İraq İslami Müqavimət Hərəkatı sionist İsrail rejiminin Eylat şəhərindəki dəniz bazasını pilotsuz uçuş aparatı (PUA) ilə vurub.
Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqavimət Hərəkatı rəsmi Telegram hesabından verdiyi açıqlamada işğal altındakı Fələstin torpaqlarında İsrail rejiminin həyati əhəmiyyətli hədəfinə müvafiq silahlarla hücum etdiyini açıqlayıb.
Saat 02.30 radələrində İsrail mediası kamikadze PUA-nın Eylatdakı hərbi dəniz bazasını vurduğunu açıqlayıb.
İraq Müqaviməti bəyanatında bu əməliyyatın işğala qarşı davam edən müqaviməti çərçivəsində, Qəzzada Fələstin xalqına dəstək olmaq və İsrail rejiminin onlara qarşı törətdiyi qətliamlara cavab olaraq həyata keçirildiyini bildirib.
İsrail mediası Eylatda raket və ya PUA-nın qəzaya uğramasından sonra sirenlərin işə düşdüyünü, hücumun hədəfi olan bölgədə yanğının başladığını və yanğınsöndürmə qruplarının bölgəyə getdiyini bildirib.
Fələstinli jurnalist Süheyb Musaleme İbrani mənbələrindən bildirib ki, Eylatdakı dəniz bazasında şiddətli partlayış baş verib və orada yanğın başlayıb.