İraq Müqaviməti İsrail rejiminə xəbərdarlıq edib

İraq Müqaviməti İsrail rejiminə xəbərdarlıq edib

İraq İslami Müqavimət Hərəkatlarından olan Kətaib Hizbullah sionist rejimə xəbərdarlıq edib ki, Müqavimət Oxunu hədəf almasınlar.

Az.rasthaber.com Mehr-ə istinadən xəbər verir ki, Kətaib Hizbullahın İraqdakı sözçüsü Cəfər əl-Hüseyni xəbərdarlıq edib ki, sionist rejim Müqavimət Oxlarından birinə qarşı əməliyyatlarını artırarsa, yeni münaqişə qaydaları onun xeyrinə olmayacaq.

Cəfər əl-Hüseyni İsrailin istənilən avantürasının ABŞ-a fayda verməyəcəyini də vurğulayıb.

Sionist rejimin Məcdəl Şəms kəndinə hücumu nəticəsində 12 nəfər şəhid olub, 30-a yaxın insan yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR