İraq müqaviməti Eylat şəhərinə PUA hücumu edib

İraq müqaviməti Eylat şəhərinə PUA hücumu edib

İraq İslami Müqaviməti bəyanat yayaraq, bir neçə pilotsuz uçuş aparatı ilə Eylat limanında həyati əhəmiyyətli bir hədəfə hücum etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İraq İslami Müqaviməti sionist rejimin Qəzza xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq işğal altındakı Fələstinin cənubunda yerləşən Eylatdakı mühüm hədəfi pilotsuz uçuş aparatı (PUA) ilə hədəfə aldığını elan edib.

İraq müqaviməti ötən həftə və aylarda dəfələrlə Eylatda həssas və əhəmiyyətli hədəfləri hədəfə alıb.

İraq müqaviməti bu günlərdə xəbərdarlıq etmişdi ki, sionist rejim Qəzza zolağında hücumlarını davam etdirsə, bu rejimin işğal olunmuş bölgələrdəki mövqelərinə qarşı əməliyyatlarını gücləndirəcək.

Xəbəri paylaş

VİDEOLAR