İraq Kürdüstanı İsveçdəki nümayəndəliyinin fəaliyyətini dayandırıb.
Az.rasthaber.com xəbər verir ki, İraq Kürdüstanının regional hökuməti cümə axşamı Quranın yandırılması aktına etiraz olaraq İsveçdəki nümayəndəliyinin fəaliyyətini dayandırdığını elan edib.
“Biz Kürdüstanın İsveçdəki nümayəndəliyinin Quranın təhqir olunması ilə əlaqədar fəaliyyətini dayandırmaq qərarına gəldik”, -deyə İraq Kürdüstanının regional hökumətinin bəyanatında bildirilir.
Cümə axşamı günü İraq hökuməti İsveçin Bağdaddakı səfirini ölkədən çıxarmaq və ölkəsinin Stokholmdakı müvəqqəti işlər vəkilini geri çağırmaq qərarına gəlib. İraqın baş naziri Məhəmməd əl-Sudaninin Xarici İşlər Nazirliyinə göndərdiyi sərəncamda belə bir addımın “İsveç hökumətinin Qurani-Kərimi yandırmağa, İslam müqəddəs dəyərlərinə qarşı təhqirləri ifadə etməyə və İraqın dövlət bayrağını yandırmağa dəfələrlə icazə verməsinə cavab olaraq” görüldüyü qeyd edilir.