İraq İsraillə əlaqələri normallaşdırmayacağını açıqladı

İraq İsraillə əlaqələri normallaşdırmayacağını açıqladı

İraq hökuməti Ərbildə keçirilən toplantını kəskin pisləyib və İsraillə münasibətlərin normallaşdırılmayacağını elan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  bu barədə İraqın baş nazirinin ofisi bəyanat verib.

Bəyanatda bir neçə gün öncə Kürdüstan Muxtariyyətinin Ərbil şəhərində keçirilən konfrans haqda rəsmi Bağdadın mövqeyi sərgilənib.

Bildirlib ki, bu toplantıda bəzi sabiq parlament nümayəndələrinin sərgilədiyi mövqe onların öz rəyidir və İraq dövlətinin mövqeyini əks etdirmir.

Ərbil toplantısını pisləyən bu bəyanatda bildirilib ki, İraq sionist İsrail rejimi ilə münasibətləri normallaşdıran deyil.

Qeyd edək ki, Ərbildə sülh mövzusunda keçirilən toplantıda İraqın bir neçə qəbilə başçıları və bir sabiq deputat İsraillə münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını bildiriblər.

Toplantıdan dərhal sonra İraqın Məhkəməsi bu şəxlər məsuliyyətə cəlb edib.

Xəbəri paylaş

VİDEOLAR