İraq İslam ölkələrinə Ərbəində iştirak etmək üçün 80 min viza ayırıb

İraq İslam ölkələrinə Ərbəində iştirak etmək üçün 80 min viza ayırıb

Bunu İraqın baş naziri bildirib

Rasthaber Azərbaycan xəbər verir ki, İraq hökümətinin iclasında Ərbəin üçün iştirak etmək istəyən zəvvarlarla bağlı məsələ müzakirəyə çıxarılıb.

Bu haqda İraqın baş naziri Mustafa Kazimi açıqlama verib.

"Biz Ərbəin mərasimində iştirak məqsədilə islami ölkələr üçün səksən min viza ayırmışıq və nazirlər kabinetinin katibliyinə göstəriş vermişik ki, lazımi tədbirlərin görülməsi və bütün səhiyyə protokollarına riayətlə bütün xarici ölkələrdən hörmətli zəvvarların girişinin asanlaşdırılması üçün bu məsələni tez bir zamanda səfirliklərə elan etsin.", - deyə o bildirib.

Xəbəri paylaş

VİDEOLAR